
2025/2026 mövsümünün ilk turu Azərbaycan Premyer Liqasında iki yeni klubun debütü ilə yadda qalıb.
Sportnet.az xəbər verir ki, əsası 2022-ci ildə qoyulan komandalar – “Karvan-Yevlax” və “İmişli” çempionatın yüksək liqasında ilk oyunlarını keçiriblər. Hər iki debütant matçlarını Şamaxı şəhər stadionunda evdə oynayıb.
Yevlax təmsilçisi “Qəbələ” ilə qarşılaşmada 1 xal qazanıb – 1:1, İmişli isə eyniadlı klub “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.
Bu nəticələrlə ölkə çempionatında iştirak edən klubların sayı 1992-ci ildən etibarən 63-ə çatıb. Əvvəlki 33 mövsümdə 61 komanda güclülər sırasında mübarizə aparmışdı.
Hər iki debütant öz şəhərinin üçüncü klubudur. İmişlini əvvəlki mövsümlərdə “Lokomotiv” və “MKT-Araz”, Yevlaxı isə “Avtomobilçi” və “Karvan” təmsil edib.