
Tokio Olimpiadasının bürünc medalçısı, 2 qat dünya və 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov idmançı karyerasını başa vurub.
Sportnet.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Rafiq Hüseynova təşəkkürünü bildirib.
Hüseynov bundan sonra federasiyada yunan-Roma güləşi üzrə koordinator vəzifəsini yerinə yetirəcək.