Azərbaycanın 17 yaşadək qız güləşçilərdən ibarət milli komandası Estoniyanın paytaxtı Tallində təlim-məşq toplanışını davam etdirir.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, aprelin 1-dək davam edəcək hazırlıq prosesində 41 ölkədən 250 güləşçi iştirak edir.
Milli komandanın böyük məşqçisi Mariya Stadnik toplanış çərçivəsində bütün yeniyetmə güləşçilər üçün ustad dərsi keçib. O, master-klasda müxtəlif fəndlərin icrasını nümayiş etdirib.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatına hazırlıq məqsədilə növbəti toplanışı 6 - 24 apreldə Bakıda keçəcək.










































































