Azərbaycanın son 3 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə qatılıb.
Sportnet.az-ın məlumatına görə, ilk olaraq tatamiyə olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev çıxıb.
100 kq çəki dərəcəsində 1/16 final mərhələsində rəqib şimali makedoniyalı Nikola Pavlovski olub.
Rəqibinə qalib gələn Kotsoyev növbəti mərhələyə yüksəlib. 1/8 finalda o, ukraynalı Yaroslav Davidçukla qarşılaşıb. Qızıl xal bölümündə ipponla qələbə qazanan Azərbaycan təmsilçisi daha bir mərhələ adlayıb.
100 kq-dan yuxarı çəkidə yer alan Kənan Nəsibov isə 1/8 finala təsadüf edən ilk görüşündə Almaniya təmsilçisi Erik Abramova uduzaraq, mübarizəni dayandırıb.
Qadın cüdoçu Madina Kaisinova da yarışla erkən vidalaşmalı olub. 78 kq-dan yuxarı çəkidə yer alan Kaisinova 1/16 finalda Elis Startsevaya uduzub. Beləliklə, Azərbaycanın 5 qadın cüdoçusundan heç biri medal qazana bilməyib.


















































































