Milli Gimnastika Arenasında 13-cü dəfə bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.
Sportnet.az-ın Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 42 ölkənin qatıldığı nüfuzlu yarış Los-Anceles 2028 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyır.
Üç gün davam edəcək turnir zamanı gimnastlar halqa, top, lent və gürzlər kimi müxtəlif alətlərlə fərdi proqramlarda, eləcə də 3 halqa + 2 cüt gürz və 3 top + 2 cüt gürz kombinasiyaları üzrə qrup hərəkətlərində qüvvələrini sınayacaqlar.
Kubokun ilk iki günü təsnifat mərhələsi keçiriləcək, sonuncu gün isə finallar baş tutacaq.
Qeyd edək ki, Dünya Kubokuna aprelin 19-da yekun vurulacaq. Yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup hərəkətləri komandası ənənəyə uyğun olaraq “AGF Trophy” mükafatına layiq görüləcək.












































































