“Qarabağ” futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalanıb.
Hüseynov 2027-ci ilin yayına qədər Ağdam komandasında qalacaq.
2012-ci ildən “Qarabağ”ın formasını geyinən Bədavi Hüseynov Azərbaycan Premyer Liqasında 267 oyunda 5 qol vurub. O, komanda ilə 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.












































































