"Qarabağ"ı təbrik edirəm. Meydanın vəziyyətinə baxmayaraq, azarkeşlər və çempionat adına maraqlı oyun oldu". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev "Qarabağ"a evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra deyib.
50 yaşlı mütəxəssis nəticədə meydan amilinin rol oynamadığını bildirib: "Sadəcə, bəxtsizlik oldu. Layiqli nəticə heç-heçə idi. Kuryoz qol oyunun taleyini həll etdi. Futbolçularıma təşəkkür edirəm. Yolumuza davam etməliyik. Çalışacağıq ki, gələn oyunlarda səhvlərimizi minimuma endirək".
Diniyev məğlubiyyətə baxmayaraq, avrokubok şanslarının davam etdiyini əlavə edib. "Hələ qarşıda 15 tur var. 3 xallıq sistemdə yerlər tez-tez dəyişəcək. Hazırda 8 komanda ilk dördlük uğrunda mübarizə aparır. Maraqlı çempionatdır. Kim daha çox istəklidirsə, daha keyfiyyətli oyun göstərirsə, yerini tutacaq. Bizim də gözümüz var, gizlətmirik. Belə oyun göstərsək, avrokuboka daha yaxın ola bilərik".