1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bəhmən Həsənov: "Bizə görə hakimləri cəzalandırırlar"
"Qəbələ"nin oyunundan anlayışımız vardı. Rəqib arxadan hücuma çıxmağı, müdafiənin arxasından uzun ötürmələrlə oynadığını bilirdik. 100 dəfə qol imkanları yaratsan da, burada futbolçunun ustalığı rol oynayır". Sportnet.az-ın məlumatına görə, bunu "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra deyib.
O, oyun yox, təcrübə baxımından geri qalmadıqlarını bildirib: "Qəbələ"nin də bəzi imkanları oldu ki, yararlana bilmədi. İkinci hissənin ortasına doğru gücümüz tükənməyə başladı. Mövqe səhvlərinə yol veririk. 70-ci dəqiqədən sonra xətlər pozulmağa başladı. Belə olmasa, qol olmaz. bu dəqiqədən etibarən müdafiəmizə girməyə başladılar. Həm aqressiya, həm də topa yaxın olmaq lazımdır.Bu səbəbdən, qapımızda qol gördük. "Qəbələ"ni təbrik edirəm".
Həsənov hakimlikdən kəskin narazılıq ifadə edib: "Referi Hər iki komandaya penalti vermədi. Hər şey nəsə bizə qarşı olur. Bizi artıq basdırıblar? Top Cəmşid Məhərrəmovun əlinə dəyməmişdi, amma cərimə zərbəsi oldu. Hakimlər baxımından hər oyunda belə olmaz. Qolda baş hakimin səhvi yoxdur, çünki o, bizim yerimizə qol vura bilməz. Meydanda olan hər şey futbolçuya təsir edir. Qərar verə bilmir. Cəmşid meydanda qaçır, amma qərar verə bilmir, bütün amillər, hakimin hər yalnış qərarı təsir edir. Məğlubiyyətə səbəb maliyyə deyil. Hakim epizodlarda yanlış qərar verdi. Bu, mənim haqqımdır və deməliyəm. Demişəm ki, bizə görə hakimləri cəzalandırırlar. Orxan Məmmədov düz qərar veribsə, niyə indi meydanda yoxdur? Hakim mənim yerimə məşq keçib, futbolçuların əvəzinə qol vurmayacaq. İstədiyimiz hər şeyin düzgün olmasıdır. İstədiyimiz odur ki, nahaqq haqqı yeməsin. Mənim ağzımdan çıxan sözü bir neçə dəqiqədən sonra milyonlar oxuyur".
Təcrübəli mütəxəssis komandanın maddi durumundan da danışıb: "Futbolçular yanvarın maaşını alıblar. Biz bu əmək haqqına razıyıqsa, etirazımız yoxdur. Çünki mövsümün əvvəlindən bu maaşa görə gəlmişik. Maaşdan başqa avans lazım olduqda futbolçu gəlib ərizə yazıb pulunu ala bilir. Hər yazılanlar doğru deyil. Özüm "Qəbələ" ilə oyundan əvvəl baxmışam ki, maaş alıblar. İnanmayan varsa, həftənin bazar ertəsi gəlib bazada görə bilər. Bundan başqa, mən bu şəraitə razılaşmışamsa, heç bir problem yarada bilmərəm. Mən deyə bilmərəm ki, niyə "Qəbələ"də 400-500 min maaş var".
Baş məşqçi komandanın uğursuz nəticələrində futbolçuların ustalıq səviyyəsinin aşağı olmasının da rolunu etiraf edib: Bizdə ustalıq səviyyəsi yüksək olan Ruslan Tağızadə və Ramazan Abbasovdur. Vurduğumuz qolların 70-80 faizi də bu iki futbolçunun tandemindən yaranır. Zədələnəndən sonra Ruslanı dəyişməyə məcbur oldum. Oyunda niyə dəyişiklik edirik? İstədiyin nəticəni əldə etmək üçün. Ancaq biz bunu edə bilmirik. Çünki ehtiyatda oturan futbolçuların səviyyəsi buna imkan vermir. İndi nə Saşa Yunisoğlu var, nə də Kənan Müslümov. Bəlkə də Əziz Hüseynov həyatında birinci dəfə idi ki, belə oynayırdı. Mirkamil Həşimlini uzaqdan zərbələrə görə meydana buraxdım. Müdafiədən narazılığım yoxdur. Sadəcə, yarımmüdafiədə problem var. Əlimdə material baxımdan daha güclü futbolçular olsaydı, tək "Qəbələ" yox, heç bir komandaya qarşı problemim olmazdı. Yalnız "Qarabağ" istisnadır. çünki onların oyunçularının səviyyəsi çox yüksəkdir. Bu gün "Qəbələ"yə uduzmağı düşünmürdük. Alınan 6 xalı kimdən qaytarmalıyıq? "Qəbələ", "Zirə", "Sumqayıt"a uduzaq... "Sumqayıt" çox çətin komandadır, dinamikdir. Azərbaycan da ən yaxşı hücum xətti olan komandalar "Qarabağ", "Neftçi" və "Sumqayıt"dır".