1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Federasiya Birinciliyinə start verilib
İyulun 10-da Azərbaycan Velosiped İdmanı Federasiyasının illik təqvim-planına əsasən, U-15 və U-17 yaş kateqoriyaları üzrə fərdi və qrup ötüşmələri üzrə Federasiya Birinciliyinə start verilib. Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində keçirilən yarışda AzVİF-in nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 50-dən artıq idmançısı mübarizə aparır.
Proqrama əsasən, birinciliyin ilk günündə iştirakçılar fərdi şəkildə (time trial) start götürməklə qoruq ərazisində 3,8 km məsafə qət ediblər. Yarış qoruğa ekskursiyaya gələn xarici turistlər tərəfindən də böyük maraqla qarşılanıb.
U-15 yaş kateqoriyasında "Sərhədçi” İdman Olimpiya Mərkəzinin təmsilçisi Maqsud Həsənov marşrutu 6 dəqiqə, 20 saniyəyə qət edərək 1-ci yeri tutub. Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin yetirməsi Adəm Məmmədli və 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin nümayəndəsi Xankişi İsgəndərov isə 3-cü olub.
U-17 yaş kateqoriyasında Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin velosipedçisi Bakir Dadaşov hamıdan yaxşı nəticə göstərib - 5 dəqiqə, 44 saniyə. Maksim Naperstkov (8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi) və Nicat Məmmədli Sumqayıt Velosiped İdmanı Klubu) müvafiq olaraq 2-3-cü yerləri tutublar.
İyulun 11-də iştirakçılar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində qrup yarışlarında mübarizə aparacaqlar. U-15 yaş kateqoriyasında çıxış edən velosipedçilər 3,8 km məsafə boyunca 3, U-17 yaş qrupunda yarışan idmançılar isə 5 dövrə vuracaqlar.
Qeyd edək ki, yarış səhər saat 10:00-da start götürəcək.