1998-2001-ci illərdə Türkiyənin "Qalatasaray" klubunun şərəfini qoruyan Klaudio Taffarel Braziliyaya qayıdacaq. Sportnet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yığmaya yeni baş məşqçi təyin edilən Dunqa komandada dəyişikliklərə başlayıb.
Artıq o yeni məşqçilər korpusunu təyin etmək üçün çalışır. İstanbul klubunda qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirən Taffarelin bu işi Braziliyada görməsi istənilib. "Qalatasaray"la UEFA kubokunu başı üzərinə qaldıran 48 yaşlı mütəxəssisi Dunqa şəxsən vətəninə çağırıb.