"Neftçi”nin qapıçısı Səlahət Ağayev bu gün Azərbaycan Premyer Liqasının V turu çərçivəsində "Zirə” ilə görüşdə iştirak etməyəcək.
Sportnet.az xəbər verir ki, buna səbəb milli üzvünün oyunöncəsi məşqdə qasıq nahiyəsindən zədə almasıdır.
Qeyd edək ki, "Bakcell Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.







































































