"2012-ci ildə qadınlardan ibarət millidə çıxış etmiş futbolçular bizdən xahiş etdilər ki, yığmanı bərpa edək".
Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O, millinin 2021-ci il Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaqlarını bildirib. Qurum rəsmisi bu komandanın klub şəklində Çempionlar Liqasında da çıxış edəcəyini əlavə edib.