
İstanbulda Avropa Liqasının "Beşiktaş" - "Tottenhem" matçında elektrik enerjisi kəsildi. Sportnet.az-ın məlumatına görə, matçın 8-ci dəqiqəsi oynanarkən Atatürk Olimpia stadionu qaranlığı büründü. Tərəfdarlar isə telefonlarının işıqlarıyla vizual bir mərasim meydana gətirdi. Stadionda edilən anonsda 5 dəqiqəyə elektrik enerjisinin bərpa ediləcəyi bildirildi.