
İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio 2016/17-ci il üçün ölkə çempionatında klublarının sayının azaldılması təklif edib. Sportnet.az-ın məlumatına görə, o hesab edir ki, klubların sayı 20 əvəzinə 18-ə endirilməlidir.
Bu barədə "Corriere della Sera" məlumat yayıb: "2015-ci ildə bu dəyişikliyi necə edəcəyimizi düşünməliyik" deyə Tavekkio bildirib.
Qeyd edək ki, İtaliya çempionatında sonuncu dəfə 18 komanda 2003-2004-ci il mövsümündə iştirak edib.