1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Azərbaycanlı velosipedçilər Litvada qızıl və gümüş medal qazandı
Litvanın Panevejis şəhərində velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı "Panevejis-2015" turnirinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan yığma komandası yarışı 1 qızıl və 1 gümüş medalla bitirib.
İlk yarış günü 500 metr məsafəyə sprint növündə qızıl medal əldə edən Olqa İsmayılova 200 metrə mübarizədə də fəxri kürsüyə yüksəlməyi bacarıb. O, yalnız yerli idmançıdan geri qalmaqla turnirin gümüş medalını qazanıb.
Digər idmançılardan isə ağır zədədən sonra yenidən məşqləri bərpa edən Sergey Omelçenko keyrində 5-ci, 200 metr məsafəyə sprint yürüşündə 8-ci olub.
Azərbaycan yığmamısının gənc üzvü Nicat Niftəliyev isə sprintdə 14-cü nəticə göstərib.