1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Pul lazımdır"
"Hər zaman olduğu kimi, bu il də "Tour d’Azerbaidjan" yüksək səviyyədə keçirilir. Əlbəttə, istərdik ki, bu yarış daha yüksək kateqoriyaya (2HC) sahib çıxsın və daha sonra Dünya Turu statusu alsın". Sportnet.az-ın məlumatına görə, bunu Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov veloturun 3-cü mərhələsi (Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ) başlamazdan öncə jurnalistlərə açıqlamasında deyib.
A.Qusyatnikov veloturun Dünya Turu statusu alması üçün sadəcə maliyyə fondunun artırılmalı olduğunu söyləyib: "Bunun üçün nə etmək lazımdır? Təhlükəsizliklə bağlı hər hansı problem yoxdur. Sadəcə, maliyyə fondunu artırmaq lazımdır. İnfrastruktura gəlincə, hər şey yüksək səviyyədədir. Otelləriniz və yollar çox əladır. Prezident İlham Əliyev idmanın inkişafı üçün hər şeyi edir. Həmçinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının gördüyü işləri də qeyd etməliyəm".
Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti həmçinin Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental komandasının üzvü, Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averinin şanslarını da dəyərləndirib: "Averinin bu il olimpiadada uğurla çıxış etmə şansı var. Amma yarış marşrutu olduqca mürəkkəbdir. Görünən odur ki, braziliyalılar olimpiada tarixinin ən çətin velosiped yarışını təşkil etməyi planlaşdırırlar”.