Hollandiyalı atlet Madiya Qafur narkotik qaçaqmalçılığına görə 8,5 il müddətinə azadlıqdan məhrum edilib.
Sportnet.az xəbər verir ki, 27 yaşlı idmançı məhkəmədə narkotik vasitəni kimdən aldığını açıqlamaqdan imtina edib. Qafur bildirib ki, özünü günahkar hesab etmir və hökmdən şikayət etmək niyyətindədir.
Qeyd edək ki, Madiya Qafur iyunun 18-də şəxsi avtomobilindən 50 kq metamfetamin və ekstazinin aşkarlanması ilə əlaqədar həbs olunub. Narkotik vasitə 2 milyon avro qiymətləndirilir. Qafur narkotik vasitələri Almaniyadan Niderlanda aparmağa çalışarkən gömrük xidmətində saxlanılıb. Atlet 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında mübarizə aparıb. O, Qətərin paytaxtı Dohadakı dünya çempionatında 400 m məsafəyə qaçış yarışında çıxış etməli idi.