Fevralın 21-də Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında kişi və qadın ağırlıqqaldıranlar arasında Azərbaycan çempionatı start götürəcək.
Azərbaycan Ağır Atletika Federasiyasınndan (AAAF) Sportnet.az-a verilən məlumata görə, üç gün davam edəcək yarış Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunacaq. Çempionata ölkənin bütün bölgələrindən 100-dək atlet qatılacaq.
Məqsəd idmançıların ustalıq səviyyələrinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirənlərin seçilməsi, kişi və qadınlardan ibarət millinin tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlıqdır.