
Fransada keçirilən məşhur “Tour de France” veloyürüşünün ilk mərhələsindən sonra "Cofidis" komandasına məxsus ümumi dəyəri 143 min avro olan 11 velosiped oğurlayıblar
Sportnet.az “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, oğurluq Bondyu kommunasında oteldən cəmi 150 metr aralıda park edilmiş qoşqulu texniki servis maşınından edilib.
Səhər saatlarında hadisə yerinə polis gəlib. Həmçinin, komanda oğurluqla bağlı rəsmi şikayət verib.
Bununla belə, "Cofidis" komandası tez bir zamanda ehtiyat velosipedlər əldə edərək idmançılarının ikinci mərhələdə iştirakını təmin edə bilib.
Xatırladaq ki, dünyanın ən nüfuzlu velosiped yarışlarından hesab olunan “Tour de France” 5 – 27 iyulda keçirilir.