Sabiq "Formula 1" pilotu Alessandro Canardi İtaliya yığmasının heyətində Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 49 yaşlı keçmiş pilot velosiped yarışında birinci olub.
Əl ilə idarə olunan velosipedlə bütün rəqiblərini qabaqlayan italiyalı Alessandro bununla da 4 qat Paralimpiya çempionu adını qazana bilib. O, 2012-ci il London Yay Paralimpiya Oyunlarında 2 qızıl və bir gümüş medal qazanıb.
Qeyd edək ki, sabiq pilot 2001-ci il sentyabrın 15-də yarış zamanı ağır qəza keçirib. Nəticədə pilot ayağını itirib.