1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan birinciliyinin ilk qalibləri müəyyənləşib - FOTOLAR
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim-plana əsasən, Oğuzda yeniyetmə və gənclər arasında çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyi davam edir. sportnet.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilən açıq xarakterli yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı, həmçinin Gürcüstandan gəlmiş 10 velosipedçi mübarizə aparır.
2-ci yarış günü 2 yaş kateqoriyasında qaliblər müəyyənləşib. 15 yaşadək oğlanların 30 km məsafəyə qrup ötüşməsi Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Nikita Sıtovun qələbəsilə yekunlaşıb - 1 saat, 3 dəqiqə, 39 saniyə. Xatırladaq ki, Sıtov 1-ci mərhələdə də hamını qabaqlamışdı və bununla da o, 2 mərhələnin yekununa əsasən ən yaxşı nəticə göstərib. 2-ci və 3-cü yerləri isə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçiləri Emil Əliyev və Əmral Əbdüləzizli tutublar.
Qızların 30 km məsafəyə qrup ötüşməsinə gəlincə, burada hər hansı bir dəyişiklik baş verməyib. 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçisi Validə Cabbarova 1 saat, 18 dəqiqə, 35 saniyə nəticə ilə 1-ci mərhələdəki qələbəsinin qanunauyğun olduğunu sübuta yetirib və çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyinin qalibi olub. Onun komanda yoldaşı Elfanə Camalova 2-ci, Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin velosipedçisi Viktoriya Buxenskaya isə 3-cü yeri tutub.
Qeyd edək ki, birinciliyin reqlamentinə əsasən, 15 yaşadək oğlanlar və qızlar arasında qaliblər 2, U-17 və gənclər kateqoriyasında yarışan velosipedçilər arasında isə 3 günün yekununa əsasən müəyyənləşir. Yarış bu gün başa çatacaq.