
"Bakı-2015 Avropa Oyunlarının məşəli nüfuzlu yarışa 2 ay qalmış yandırılacaq". Bu barədə Sportnet.az-a Gənclər və İdman naziri Azad Rəhimov məlumat verib.
O bildirib ki, məşəlin yandırılması üçün bir neçə variant var. Bunlar Yunanıstanda Olimp dağı və ya qədim
stadionlardan biri, eləcə də Bakıda Yanardağ və ya Atəşgahdır: "Məşəli yandırmaq
baxımından yerimiz çoxdur. Məşəl yandırılacaq və Azərbaycanın ən ucqar kəndlərini
də keçməklə, bütün ölkə ərazisini dolaşacaq. Məsələ yüksək səviyyədə həllini
tapacaq".
