Fransadan olan Luis-Mari əvvəlki Olimpiya Oyunları və futbol üzrə dünya çempionatında kifayət qədər təcrübə toplayıb. O, BEGOC-a 160 ölkədə fəaliyyət göstərən proqressiv multi-media qrupu Trace TV-dən qoşulub. Bunadək Luis-Mari Trace TV-də çempionlara həsr olunan yeni beynəlxalq kanal olan Trace Sports-un I vitse-prezidenti vəzifəsini tutub.
Luis-Marinin BEGOC-a qoşulmasını alqışlayan Bakı-2015 Avropa Oyunların Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Vilyamın kommersiya sektorunda, kommunikasiya sahəsində çox mükəmməl və geniş təcrübəsi var və bizim kommunikasiya strategiyamıza və onun həyata keçirilməsinə rəhbərlik edəcəyindən, onun təcrübəsindən istifadə etməliyik. Beynəlxalq nüfuzu və idmana məhəbbəti mövcud BEGOC komandasını çox gücləndirəcək və gələn ilin iyun ayında ilk Avropa Oyunlarının Bakıda uğurla keçirilməsinə töhfə verəcək”.
Luis-Mari Trace TV-də 2012-ci il London Yay Olimpiya Oyunlarının layihə meneceri kimi xidmət göstərib. O, həmçinin 1996-cı il Atlanta olimpiadası və Fransada keçirilmiş 1998-ci il dünya çempionatında kommunikasiya meneceri kimi işləyib. Luis-Mari yeni vəzifəsi ilə bağlı deyib: "Bu, qabaqcıl tədbir haqqında qlobal miqyasda məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək edəcəyimə ümid bəsləyirəm. Biz Azərbaycanı elit idman növlərinin keçirilməsi üçün gözəl məkan, eləcə də müasir və dinamik Avropa ölkəsi kimi nümayiş etdirmək istəyirik. Avropa Oyunları bütün qitənin və Azərbaycan əhalisinin zövq alacağı idman bayramı olacaq”.