
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatında ikinci mərhələnin ilk oyununa çıxacaq. Sportnet.az-ın məlumatına görə, E qrupunda yer alan millimizin rəqibi təşkilatçı İtaliyanın yığması olacaq.
Bari şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Millimiz bu mərhələyə 2 xalla, İtaliya 7 xalla başlayacaq. Çünki ilkin mərhələdə komandamızın topladığı 7 xaldan 5-i qrupda qalan Kuba və Puerto Riko ilə görüşlərdə qazanılıb. İtaliyanın aktivindən isə 6 xal çıxılıb.
Qeyd edək ki, bu komandalar dünya çempionatı öncəsi Romada 3 dəfə yoldaşlıq görüşü keçiriblər.
Qeyd edək ki, bu komandalar dünya çempionatı öncəsi Romada 3 dəfə yoldaşlıq görüşü keçiriblər.
E qrupu
1 oktyabr
Dominikan Respublikası - Belçika - 3:2
Xorvatiya - Yaponiya - 3:2
İtaliya - Azərbaycan - 3:1 (25:19, 25:21, 21:25, 25:23)
Kovalenko, Qurbanova, Kurt, Bayramova, Abdulazimova, Rəhimova, Kiselyova (libero)
Kovalenko, Qurbanova, Kurt, Bayramova, Abdulazimova, Rəhimova, Kiselyova (libero)
Almaniya - Çin - 0:3 (16:25, 23:25, 23:25)
Xal durumu: Çin - 8, İtaliya - 7, Dominikan Respublikası - 6, Yaponiya - 5, Belçika - 3, Xorvatiya - 3, AZƏRBAYCAN - 2, Almaniya - 2.