Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası İtaliyadakı dünya çempionatında son oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, millimiz Triestdə Almaniya yığması ilə üz-üzə gəlib.
Bu matçadək E qrupunda mübarizəni davam etdirəcək komandaların adlarına aydınlıq gəlib. Çin, İtaliya və Dominikan Respublikası bugünkü oyunların nəticəsindən asılı olmayaraq, qrupda ilk 3 yerin sahibləri kimi 3-cü mərhələyə vəsiqə qazanıb. Almaniya üzərində qələbə təqdirində, millimiz yalnız qrupda 4-5-ci yerlərə iddia edə bilərdi. Amma görüş "Bundestim"in böyük hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupdakı digər matçlar da yekunlaşdıqdan sonra millimiz 5 xalla sonuncu pilləyə enib. Bununla da yığmamız çempionatı ümumi sıralamada 24 ölkə arasında 15-ci yerdə başa vurub.
E qrupu
20:00. Almaniya - Azərbaycan - 3:0 (25:15, 25:23, 25:19)
20:00. Dominikan Respublikası - Yaponiya - 2:3 (21:25, 23:25, 25:19, 25:23, 12:15)
23:00. İtaliya - Çin - 3:1 (22:25, 25:18, 26:24, 25:17)
23:00. Xorvatiya - Belçika - 1:3 (12:25, 23:25, 25:23, 18:25)
Xal durumu: İtaliya - 19, Çin - 16, Dominikan Respublikası - 13, Yaponiya - 10, Almaniya - 9, Belçika - 7, Xorvatiya - 5, Azərbaycan - 5.
Beləliklə, İtaliya, Çin və Dominikan Respublikası E qrupundan, Braziliya, ABŞ və Rusiya isə F qrupundan III təsnifat mərhələsinə yüksəliblər. Qalan komandalar mübarizəni dayandıraraq, öz ölkələrinə qayıdacaqlar.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |