Azərbaycan milli komandasının və "Azəryol" klubunun voleybolçusu Natəvan Qasımova idmançı karyerasını dayandırıb. Bu barədə Sportnet.az-a Qasımovanın əri, menecer Tunc Afşar məlumat verib.
Onun sözlərinə görə, 29 yaşlı voleybolçu İtaliyada yenicə başa çatan dünya çempionatından sonra qərarını qətiləşdirib. Afşar Qasımovanın ən azı bir il müddətinə sevimli peşəsindən ayrıldığını bildirib. Voleybolçumuz səbəb kimi ailəsinə vaxt ayırmaq istəyini göstərib.
Qasımova son dünya çempionatında ehtiyatda qalıb. O, məşqçilər heyətinin toppaylayıcı mövqeyində daha çox Oksana Parxomenkoya güvənməsi üzündən əsas heyətdə yer ala bilməyib.
Qeyd edək ki, Natəvan Qasımova karyerasına fasilə vermək istəyini hələ 4 ay öncə Sportnet.az-a açıqlamışdı.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |