
İspaniyanın "Atletiko" klubu ilkə imza atıb. Sportnet.az-ın məlumatına görə, Madrid təmsilçisi Asiyanın "Sockatyes" corab firması ilə müqavilə bağlayıb.
Anlaşmaya əsasən, "Atletiko" 2 mövsüm ərzində bu firmanın loqosunu corablarında daşıyacaq. Artıq İspaniya La Liqasının növbəti turunda "matrasçılar" "Espanyol" qarşısına bu corablarla çıxacaqlar.
Bununla da "Atletiko"nun geyim dəstindəki reklamların sayı 3-ə çatıb. Madrid komandasının formasının sinəsində "Azerbaijan Land of Fire", qollarında isə "Huawei" reklamı yerləşdirilib.