Bu gün keçiriləcək daha 8 oyunla futbol üzrə 2016-cı il Avropa çempionatında II tura yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, 3 qrupda baş tutacaq qarşılaşmalar arasında daha çox Almaniya - Polşa matçı diqqət mərkəzində olacaq.
Son dünya çempionlarının qonşusundan ciddi müqavimət görəcəyi şübhə doğurmur. Eyni zamanda Rumıniya - Macarıstan qonşuluğunun iki ölkə yığmaları arasındakı oyunda özünü necə büruzə verəcəyi maraq doğurur.
Azərbaycanın qonşuluğundakı ölkələrə gəldikdə, Gürcüstan Şotlandiyanın qonağı olacaq. Bədnam qonşularımız isə Serbiyanı qonaq edəcək.
Digər tərəfdən, "Qarabağ"ın futbolçusu Ansi Aqolinin yer aldığı və ilk turda Portuqaliyanı səfərdə yenərək, sensasiyaya imza atmış Albaniyanın Danimarka ilə ev oyunu da diqqət çəkir.
AVRO-2016
II tur
İ qrupu
21:00. Ermənistan - Serbiya - 1:1
Qol: Robert Arzumanyan, 73 - Zoran Toşiç, 90
23:45. Albaniya - Danimarka - 1:1
Qol: Ermir Lenyani, 38 - Lasse Vibe, 81
F qrupu
21:00. Rumıniya - Macarıstan - 1:1
Qol: Raul Rusesku, 45 - Balaş Cucak, 82
23:45. Finlandiya - Yunanıstan - 1:1
Qollar: Jarkko Hurme, 55 - Nikos Karelis, 24
23:45. Şimali İrlandiya - Farer adaları - 2:0
Qol: Qaret Makoli, 6. Kayl Lafferti, 21
D qrupu
21:00. İrlandiya - Cəbəllüttariq - 7:0
Qollar: Robbi Kin, 6; 14; 18. Ceyms MakKlin, 46; 53. Jordan Peres, 52 - öz qapısına. Uesli Hulahan, 56
21:00. Şotlandiya - Gürcüstan - 1:0
Qol: Akaki Xubutiya, 28 - öz qapısına
23:45. Polşa - Almaniya - 2:0
Qol: Arkadiuş Milik, 51. Sebastyan Mila, 88