
ABŞ-ın voleybolçu qadınlardan ibarət milli komandası dünya çempionu olub. Sportnet.az-ın məlumatına görə, amerikalılar finalda Çini məğlubiyyətə uğradıblar - 3:1.
Çin - ABŞ - 1:3 (25:27, 20:25, 25:16, 24:26).
Qeyd edək ki, 3-cü yer uğrunda görüşdə Braziliya təşkilatçı İtaliyanı 3:2 (25:15, 25:13, 22:25, 22:25, 15:7) hesabı ilə yenərək, bürünc medala sahib olub. Azərbaycan millisi isə dünya çempionatını 15-ci pillədə başa vurub. Ümumilikdə mundialda 24 ölkə yığması mübarizə aparıb.