"Qarabağ"ın futbolçusu Ansi Aqolinin də şərəfini qoruduğu Albaniya milli komandasının Serbiya yığması ilə səfər matçı yarımçıq qalıb. Sportnet.az-ın məlumatına görə, matç 41-ci dəqiqədə dayandırılıb.
Buna Belqraddakı "Partizan" stadionuna pilotsuz helikopterlə Böyük Albaniya bayrağının endirilməsi səbəb olub. Bayrağa serbiyalı futbolçu, "Neftçi"nin futbolçuları ilə də qalmaqal yaşamış Aleksandr Mitroviç kəskin reaksiya verib. Mitroviç bayrağı tutub yerə atmaq istərkən, albaniyalı futbolçuların fiziki təzyiqinə məruz qalıb. Meydana kənar əşyalar atılıb. İki ölkə arasındakı gərginliklə əlaqədar qonaq komanda azarkeşləri tribunalara buraxılmasalar da, albaniyalı azarkeşlər təxribat törətməyə müvəffəq olublar. İnsidentlə əlaqədar ingiltərəli referi Martin Atkinson oyunu dayandırıb. Görüş qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, Ansi Aqoli oyuna ilk "11-lik"də başlayıb. O, 34-cü dəqiqədə kobud oyuna görə sarı vərəqə alıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |