1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Abdullayevin səhvi
Araz Abdullayevi heç maşınla adam vuranda belə cəzalandırmamışdılar. Elə bil dünya dağılıb, nə olub bəyəm? Arif Əsədova əl uzatmayıbmış. Adam əsəbi olub da...
İllərdi deyirik ki, göndərin bunu xaricə. Amma göndərməkləri ilə qaytarmaqları bir olur. O da əsəbindən başlayır şuluqluq etməyə. Gah adam vurur, gah da baş məşqçisinə asi olur.
Xorvatiyaya 0:6 hesabı ilə uduzmaq sizə asan gəlməsin. Böyük əziyyətlər bahasına itirilmiş oyundur.
Təkcə birini mən deyim: Rəşad Sadıqov da Tərlan Əhmədov kimi kapitandır da. Sələfindən necə dərs alıbsa, işini-gücünü atıb topu öz qapısına göndərdi. Ona lazım idi bu? İstəsəydi, topu irəli vurardı. Məcburiyyətdən öz qapısına vurdu. Kim istər ki, Kyellinidən geri qalsın. Bu gün öz qapısına vurdu, sabah Norveçin, o biri gün də Maltanın torunu silkələyər.
Hələ mən Elnur Allahverdiyevin ayağını, Kamran Ağayevin əlini göyə qaldırmasını demirəm. Nə niyyətlə edirdilərsə... Yox, kim qəbul edirsə, etsin. Amma mən biləni, biri çox qol istəyirdi ki, baş hakim də bunu yerinə yetirdi. O da var ki, "Çox istəyən azdan da olar" deyiblər. Ona görə Elnurun çoxlu qol istəyi Kamranın az qol buraxmaq arzusunu gözündə qoydu.
Bəs Foqts bunları müdafiədə oturdub ətdən sipər çəkmək istəyəndə bilmirdilər ki, belə olacaq? Baş məşqçi qabağa top vurmağa icazə vermirsə, neyləməlidirlər? Nə vaxtadək "dır-dır" oynayasıydılar? Ya topu kənara vurmalı, ya da rəqibə ötürmə verməli idilər. Hər iki halda top rəqibə qismət olacaqdı. Bundansa elə ən yaxşısı topu öz qapımıza göndərmək, rəqibdən karate fəndi ilə top almaq idi. Ki, onu da yaxşı bacardılar.
Amma xorvatlar da hərif deyildi. Bizimkilərin hələm-hələm "təxribat"larına aldanmırdı. Birinci hissədə çaşdılar, 4 qol vurdular, sonra da oturdular yerlərində. İkinci hissədə oynamadılar ki... Mirkamil Rəhimov düz deyir. Kapitan Srnaya pas atmırdılar ki, hər "asma"sı qol ola bilər. İlk yarıda buraxdıqları səhvlərini anladılar.
Elə Abdullayev də...