
Artıq prokuror onun saxlanılmasını tələb edib. İttiham aktına əsasən, 2013-cü ilin yanvarında futbolçu 18 yaşlı qızla cinsi əlaqəyə girib. Onların Milan kafesində tanış olduqları bildirilir. Həmin vaxt Robinyo ilə birgə həyat yoldaşı və 5 dostu da olub. O, xanımını evə göndərdikdən sonra qızla ünsiyyətini davam etdirib. Daha sonra məsələ qrupla seksədək uzanıb.
Zərərçəkən də braziliyalı olub. O, zorlandığını yarım ildən sonra açıqlayıb. Məhkəmə ittihamları təmin etməkdən boyun qaçırıb. Birincisi, Robinyo hazırda İtaliyada yox, Braziliyadadır. İkincisi, o, mühakimə olunmayıb. Futbolçu "Mançester Siti"də çıxış etdiyi vaxt - 2009-cu ildə Böyük Britaniyada da analoji cinayətdə ittiham edilib. Amma həmin vaxt o, tam haqlı çıxıb.
Qeyd edək ki, hazırda Robinyo icarə əsasında Braziliya "Santos"unda çıxış edir. O, əvvəllər İspaniyanın "Real Madrid" və İtaliyanın "Milan" klublarının da formasını geyinib.