1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İtaliya - Xorvatiya matçı təxirə salına bilər
İtaliya və Xorvatiyanın futbol üzrə milli komandaları arasında AVRO-2016-nın seçmə qrup matçı təxirə salına bilər. Sportnet.az-ın məlumatına görə, buna səbəb görüş üçün nəzərdə tutulan Milandakı "San-Siro" stadionunun ot örtüyünün pis vəziyyətə düşmə təhlükəsidir.
Leysan yağışları üzündən meydana xeyli zərər dəyib. Hər iki yığma bu stadionda oyunöncəsi məşqlərini ləğv edib. Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç deyib: "Qazon indiki durumda qalsa, oyunun baş tutacağını düşünmürəm. Yoxsa bu, su polosuna bənzər oyun olacaq. Top qazon üzərində hərəkət etmir. Vəziyyət dəyişməsə, oyun təxirə salınmalıdır".
Qeyd edək ki, bu gün keçirilməli olan İtaliya - Xorvatiya matçı Bakı vaxtı ilə saat 23:45-də start götürə bilər. Hər iki komanda Azərbaycan yığması ilə eyni qrupda yer alıb.