
Türkiyədə
basketbol matçından öncə ölüm hadisəsi baş verib. Sportnet.az-ın məlumatına görə,
Serbiyanın "Srvena Zvezda” klubunun azarkeşi "Qalatasaray” ilə oyundan öncə İstanbulda
öldürülüb.
Azarkeş
ürəyindən aldığı bıçaq yarasından həyatını itirib. Verilən məlumatlara görə, türkiyəli
holiqanlar "Qalatasaray” – "Srvena Zvezda” matçını zaldan izləyə bilməyən 400
serbiyalı fanata hücum çəkiblər.
Serbiyanın
Türkiyədəki səfiri Zoran Markoviç təşkilatçılığın ən aşağı səviyyədə olduğunu
bildirib: "Biz iki gündür xəbərdarlıq edirdik ki, bu oyunda risk maksimum həddədir
və belə bir vəziyyətə gətirib çıxara bilər. İndi çalışırıq bütün serbiyalı
fanatları təhlükəsiz şəraitdə Türkiyə ərazisindən tez bir zamanda çıxaraq”.
Qeyd edək ki, "Qalatasaray” – "Srvena Zvezda” görüşündə türkiyəli fanatlar "Kosova, Kosova” şüarları səsləndiriblər.