1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqov: "Bu fürsət bir daha ələ düşməyəcək"
"Danışmağa söz tapmıram. Bir anda hamımız sevindik ki, qoldur. Ancaq qismət belə imiş". Sportnet.az-ın məlumaıtna görə, bu sözləri Avropa Liqasının qrup mərhələsinin son oyununda İtaliyanın "İnter" klubu ilə qarşılaşmadan sonra "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqov deyib.
Kapitan qeydə alınmayan qoldan söz açıb. Oyundan sonra göz yaşlarına hakim ola bilməyən Sadıqov bunları söyləyib: "Qol olanda hamı sevinirdi. Mən baş hakimə baxırdım. Təxminən 10-15 saniyə hakim qərar vermədi. O, yan hakimdən nə dediyini soruşurdu, ancaq başa düşmürdü. Çünki referi düz həmin yerdə idi və qolu yaxşı görürdü. Bəlkə də bir daha bu cür fürsət ələ düşməyəcək. Şəxsən mənim üçün belə bir fürsət olmayacaq. Danışmağa söz tapmıram. Çox deyirdilər ki, "Qarabağ" braziliyalıların hesabına oynayır. Lakin meydanda bir braziliyalı vardı. Heyətimizdə də problemlər var və dəyişiklik etməyə lazımi materialımız da yoxdur. Çalışırdıq ki, yaxşı müdafiə olunub, rəqibi əks-hücumlarda yaxalayaq. Qol epizodlarımız da oldu. Bəlkə qol olmasaydı, bu qədər heyfsilənməzdik. Bəlkə də bu, illərlə yadımızdan çıxmayacaq".
Sonda isə təcrübəli futbolçu komanda yoldaşlarına təşəkkür edib: "Sağ olsunlar ki, sona qədər mübarizə apardılar. Əlimizdə olan futbolçuları nəzərə alsaq, ən ağıllı, yaxşı oyunumuzun "İnter"lə qarşılaşma olduğunu demək olar. Bunun üçün də komandaya təşəkkür edirəm".