1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanlı iş adamının şirkəti "Qalatasaray"la müqavilə bağladı
Türkiyənin "Qalatasaray" klubu Rusiyanın "Lukoil" şirkəti ilə müqavilə imzalayıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, tərəflər 5 illik müqaviləyə qol çəkib.
Tədbirdə "Qalatasaray" idman klubunun vitse-prezidenti Abürrahim Albayrak, idarə heyətinin üzvü Ali Dürüst, "Lukoil"in Türkiyə bölgəsi üzrə müdiri Aleksander Terletski və Türkiyədə Pərakəndə Satış müdiri köməkçisi Araş Repak iştirak edib.
Müqavilənin şərtlərinə əsasən "GSLukoilCard" dövriyyəyə buraxılıb. Bu kartlardan Türkiyədə "Lukoil"in 400-dən artıq yanacaq doldurma mərkəzlərində istifadə etmək mümkündür. 14 noyabrdan satışa çıxarılan kartlardan təxminən 40 mini aktivləşdirilib və ümumilikdə 7.5 milyon TL (təxminən 2.5 mln AZN) gəlir əldə edilib. "Qalatasaray" azarkeşləri həmin kartlar vasitəsilə "Lukoil"ə aid yanacaq doldurma mərkəzlərində 4% endirim qazanacaq. Üstəlik "GSLukoilCard" vasitəsilə yanacaq doldurularkən klub 2% qazanc əldə edəcək.
Qeyd edək ki, "Lukoyl"un prezidenti əslən azərbaycanlı iş adamı Vahid Ələkbərovdur.