İspaniyanın "Atletiko Madrid" klubunda forma geyən Türkiyə milli komandasının futbolçusu Arda Turan üçüncü dəfə 2014-cü ilin ən yaxşı 100 futbolçusu arasında yer alıb. Sportnet.az-ın məlumatına görə, Arda Turana ingilis qəzeti "The Guardian" tərəfindən 38-ci, idman jurnalı "Four Four Two" tərəfindən isə 50-ci yer verilib.
Arda fransız idman qəzeti "L'EquipeÜin ən yaxşı 100 futbolçu sıralamasında isə 66-cı sırada özünə yer tapıb.
Keçən mövsüm "Atletiko Madrid"in 18 il aradan sonra ilk liqa çempionluğunda böyük rol oynayan və Çempionlar Liqasında finala çıxan heyətin dəyişməz adı olan 27 yaşındakı futbolçu bir çox əhəmiyyətli ulduzu geridə buraxıb.
"PSJ"li David Luiz, "Çelsi"dən Ulian və Filip Luis, "Real Madrid"li Karvaxal, "Roma"lı De Rossi kimi futbolçular Ardan Turandan geridə qalıblar.
Siyahıda "Arsenal"da forma geyən Almaniya Milli Komandasının türk oyunçusu Mesut Özil isə, Ardadan bir pillə öndə - 65-ci sıraya düşüb.
"L'Equipe"in dünyanın ən yaxşı 100 oyunçu sıralamasında 1-ci yeri isə Almaniya Milli Komandası və "Bayern Münih"in qapıçısı Manuel Noyer tutub. İkinci yerdə "Real Madrid"in portuqal ulduzu Kristiano Ronaldu, 3-cü yerdə isə, "Barselona"nın argentinalı ulduzu Lionel Messi əldə etib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |