Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Xorvatiyanın "RNK Split" komandasının futbolçusu Marko Roqu bəyənib. Sportnet.az-ın məlumatına görə, Prosineçki "Slobodna Dalmaciya"ya müsahibəsində 20 yaşlı yarımmüdafiəçi barədə klublarımızdakı həmkarlarına danışdığını bildirib.
O, 17 yaşadək futbolçulardan ibarət yığmamızın "RNK Split"lə oyununu izlədiyi vaxt Xorvatiya komandasındakı məşqçilərlə görüşüb. Görüş zamanı Prosineçki həmkarlarına Roq kimi futbolçunu tapıb üzə çıxardıqları üçün "afərin" deyib.
Bununla yanaşı, baş məşqçi Azərbaycan millisinin sentyabrda Xorvatiya yığması ilə Bakıda keçirəcəyi AVRO-2016-nın seçmə qrup matçı barədə danışıb: "Bu, həqiqətən də qeyri-adi oyun olacaq. Amma işimiz belə alınb".
Qeyd edək ki, Robert Prosineçkinin izlədiyi qarşlaşmada Azərbaycan yığması 0:4 hesabı ilə uduzub. Ötən gün isə "RNK Split" Qarabağ"ı məğlub edib - 3:1.