
İŞİD döyüşçüləri 13 yeniyetməni güllələyərək qətlə yetirib. Sportnet.az-ın məlumatına görə, terrorçular azyaşlıların İraq və İordaniya yığmaları arasında keçirilən Asiya Kuboku matçına baxmalarını səbəb göstəriblər.
Faciə İraqın Mosul şəhərində baş verib. Bu şəhər iyundan İŞİD-in nəzarəti altındadır. "İslam dövləti"nin ideoloqları futbol matçına baxmağı dini qanunların pozulması kimi qəbul ediblər.
Qeyd edək ki, yanvarın 12-də keçirilmiş qarşılaşma İraqın qələbəsi ilə yekunlaşıb - 1:0.




































































