1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ermənistanın Bakıda hansı növlərdə təmsil olunacağı açıqlandı
Ermənistan idmançıları "Bakı 2015" I Avropa Oyunlarında iştirak edəcəklər. Sportnet.az-ın məlumatına görə, bu barədə Ermənistan Milli Olimpiya Komitəsi (MOK) İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
MOK prezidenti Qagik Tsarukyan bildirib ki, Beynəlxalq və Avropa Olimpiya komitələrinin ən yüksək səviyyədə təhlükəsizlik təminatı vermələrinə baxmayaraq, erməni idmançıların Oyunlarda iştirakı geniş müzakirələrdən sonra həllini tapmalıdır. Ətraflı müzakirələrdən sonra Ermənistan idmançılarının "Bakı 2015"ə qatılmaları qərara alınıb.
Qeyd edək ki, Azərbaycan paytaxtına 6 növ - sambo, atıcılıq, cüdo, güləş, boks və taekvondo üzrə 30-dək erməni idmançının gəlişi gözlənilir. I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.