
Qadın voleybolçulardan ibarət "Azərreyl" və "Lokomotiv" klubları bu gün Çempionlar Liqasında növbəti oyunlarını keçiriblər. Sportnet.az-ın komandalardan biri Bakıda, digəri isə Almaniyanın Ştutqart şəhərində meydana çıxıb.
A qrupunda keçirilmiş hər iki görüşdə təmsilçilərimiz eyni hesablı məğlubiyyətlə üzləşib. "Azərreyl" Rusiyanın "Dinamo" (Kazan) komandasını ikinci, "Lokomotiv" isə Almaniyanın "Ştutqart" klubunu üçüncü setdə yenə bilib. Bu nəticələrdən sonra "Dinamo" xallarını 15-ə çatdıraraq, qrup lideri kimi mərhələ adlayıb. "Lokomotiv" 6 xalla 2-ci pillədə yer alır. "Azərreyl" və ilk qələbəsinə imza atan "Ştutqart" isə hərəyə 3 xalla sonrakı 2 yeri bölüşür.
Çempionlar Liqası
A qrupu
18:00. "Azərreyl" (AZƏRBAYCAN) - "Dinamo" (Kazan, Rusiya) - 1:3 (20:25, 25:21, 21:25, 17:25)
Bakı, Voleybol Mərkəzi
22:00. "Ştutqart" (Almaniya) - "Lokomotiv" (AZƏRBAYCAN) - 3:1 (25:23, 26:24, 16:25, 25:16)
Ştutqart, "ŞARRena"
Qeyd edək ki, "Azərreyl" daha öncə "Ştutqart"a 3:0 hesabı ilə qalib gəlib. Ardınca "Lokomotiv"ə 1:3, "Dinamo"ya 0:3 hesabı ilə məğlub olub. "Lokomotiv" isə "Dinamo" ilə oyunda 1:3 hesablı məğlubiyyətlə üzləşib və "Ştutqart"ı 3:0 hesabı ilə məğlub edib.
"Azərreyl" qrupun son 2 oyununda "Lokomotiv" və "Ştutqart"la qarşılaşacaq. "Lokomotiv" isə digər matçını "Dinamo"ya qarşı keçirəcək.
Qeyd edək ki, hazırda "Lokomotiv" qrupda 6 xalla 2-ci, "Azərreyl" isə 3 xalla 3-cü pillədə qərarlaşıb.