1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məmmədyarov heç-heçə etdi
Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə Tata Steel Chess superturnirində üçüncü tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov turu heç-heçə ilə başa vurub. 33 yaşlı qrossmeyster ağ fiqurlarla rusiyalı Maksim Matlakovla qarşılaşıb.
Görüş 25-ci gedişdə heç-heçə başa çatıb. Bu nəticədən sonra Məmmədyarov aktivindəki xalı 2-ə çatdıraraq, 3 - 5-ci yerləri bölüşdürür. Hazırkı dünya çempionları Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) 2.5 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, yanvarın 16-da keçiriləcək 4-cü turda Şəhriyar Məmmədyarov qara fiqurlarla Sergey Karyakinlə üz-üzə gələcək.