1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Güləşçimiz dünya çempionu oldu
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan yığması daha 2 medal qazanıb.
Sportnet.az xəbər verir ki, son yarış günündə sərbəst güləşçilərdən Şamil Zubairov qızıl, Murad Süleymanov bürünc medala sahib olub.
92 kq çəkidə yer alan Zubairov debütdə erməni güləşçiyə heç bir şans verməyib. O, növbəti mərhələdə Qazaxıstan təmsilçisi qarşısında da çətinlik çəkməyib. Zubairov daha sonra Hindistan idmançısını da yenərək adını yarımfinala yazdırıb. Ukraynalı güləşçi ilə qarşılaşma dramatik keçib. Sona 6 saniyə qalmış həlledici xalı qazanan Zubairov minimal fərqlə qalib gəlib. Finalda isə o, rusiyalı Aslanbek Sotiyevi məğlub edərək, dünya çempionu olub.
Süleymanov da mundiala erməni güləşçi üzərində qələbə ilə başlayıb. O, daha sonra gücünü belaruslu pəhləvana göstərərək, yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya təmsilçisinə uduzan Süleymanov bürünc medal görüşünə çıxıb. Qarşılaşma boyunca kanadalı rəqibinə aman verməyən Süleymanov vaxtından əvvəl qalib gələrək, dünya 3-cüsü olub.
61 kq
1/8 final - Ruslan Qasımov - Minqu Liu (CHN) 2:6
Təsnifat - Ruslan Qasımov - Firdavs Yaraşev (UZB) 3:2
74 kq
Təsəlliverici görüş - İsmayıl Abdullayev - Navid Morad Zanqaneh (İRİ) -:+
1/4 final - İsmayıl Abdullayev - Maksim Vasilioqlo (ROU) -:+
1/8 final - İsmayıl Abdullayev - Bekzan Dambulov (KGZ) 6:3
86 kq
Bürünc medal görüşü - Murad Süleymanov - Aleksander Robert Mur (CAN) 10:0
1/2 final - Murad Süleymanov - Artur Nayfonov (RUS) 4:14
1/4 final - Murad Süleymanov - Raman Çitadze (BLR) 3:1
1/8 final - Murad Süleymanov - Hovannes Mxitaryan (ARM) 10:7
92 kq
Final - Şamil Zubairov - Aslanbek Sotiev (RUS) 13:8
1/2 final - Şamil Zubairov - Boqdan Xritsay (UKR)
1/4 final - Şamil Zubairov - Sunil Kumar (İND) 10:4
1/8 final - Şamil Zubairov - İlişkan Çilayev (KAZ) 10:0
Təsnifat - Şamil Zubairov - Sarqis Hovsepyan (ARM) 11:4