
Səhiyyə Nazirliyi idmançı Xamis Məmmədovun ölümü ilə bağlı rəsmi açıqlama yayıb.
Sportnet.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidmətindən "Report"a bildirilir. Qeyd olunub ki, X.Məmmədov yanvarın 24-də Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya diaqnozu ilə ağır vəziyyətdə gətirilib: "Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq Xamis Məmmədov yanvarın 26-da dünyasını dəyişib. Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən, yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub".