Azərbaycanın üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşünə keçirib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov bildirib.
Məcidovun rəqibi ABŞ təmsilçisi Ed Fonteyn olub. Nyu-Yorkdakı "Medison Skver Qarden"də təşkil olunmuş qarşılaşma Məcidovun qələbəsi ilə yekunlaşıb. 33 yaşlı idmançı üçüncü raudda texniki nokautla qələbə qazanıb.
Qeyd edək ki, Ed Fonteyn peşəkar rinqdəki 12 döyüşündə 7 qələbə qazanmışdı.