
Fransalı motoyürüşçü Frank Petrikola qza nəticəsində ölüb. Sportnet.az-ın məlumatına görə, hadisə "Isle of Man TT Races" yarışının təsnifat mərhələ yürüşündə baş verib.
Petrikola 1907-ci ildən keçirilən turnirdə dünyasını dəyişmiş 141-ci motosikletçi olub.
Mərhum ötən ay bir neçə gün komada qaldıqdan sonra yarış meydanlarına dönə bilmişdi. Eyni zamanda o, Şimali İrlandiyada keçirilmiş yürüş zamanı çoxsaylı sınıq və kəllə-beyin travması almışdı.