
Azərbaycan komandasının Bəhreynin paytaxtı Manama şəhərində keçiriləcək Gimnaziada İdman Oyunlarındakı bayraqdarları bəlli olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yarışın açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını paraüzgüçü Əli Vəliyev və taekvondoçu Xuraman Cavadzadə daşıyacaqlar.
Qeyd edək ki, oktyabrın 24-də start götürəcək Gimnaziadaya ayın 30-da yekun vurulacaq.