Beynəlxalq Bodibildinq və Fitnes Federasiyası (IFBB) dünya çempionatının keçiriləcəyi məkanı dəyişib.
Sportnet.az xəbər verir ki, ilin əsas yarışı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutmalı olsa da, sonradan şəhər dəyişdirilib.
Mundialın Əl-Xobarda olacağı ilə bağlı qərar qəbul edib. Yarışın tarixi isə dəyişilməyib. Noyabrın 27-də başlayacaq çempionat dekabrın 1-də başa çatacaq.
Dünya çempionatında Azərbaycan komandasının da iştirakı gözlənilir.
Qeyd edək ki, IFBB Konqresi də Əl-Xobarda keçiriləcək.