
Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında italiyalı idmançı Mattia Debertolis vəfat edib.
Sportnet.az xəbər verir ki, o, 29 yaşında həyatını itirib.
Səmti müəyyən etmə növündə mübarizə aparan atlet avqustun 8-də, səhər saatlarında qaçış zamanı huşunu itirib.
O, yerli xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.