
III MDB Oyunlarının çövkən yarışlarında Azərbaycan millisi növbəti görüşünü keçirib.
Sportnet.az xəbər verir ki, Şəki Şəhər Stadionunda rəqib Küveyt yığması olub.
Təşkilatçı ölkə komandası 5:0 hesabı ilə qalib gəlib və qrupu birinci yerdə başa vuraraq, yarımfinala yüksəlib.
Çövkən üzrə turnirdə 6 komanda iştirak edir. A qrupunda Azərbaycan, Qırğızıstan və Küveyt, B qrupunda isə Özbəkistan, Qazaxıstan və Türkiyə yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksəlirlər.
Azərbaycan millisi yarımfinal oyununu oktyabrın 4-də keçirəcək.